Categories
Genel

First blog post

This is your very first post. Click the Edit link to modify or delete it, or start a new post. If you like, use this post to tell readers why you started this blog and what you plan to do with it.

post

Categories
Genel

Narkotik təbliğatı

Ən nifrət etdiyim şeylərdən biri  narkomaniya reklamıdır.
Məsələn artıq rap-e sırf buna görə nifrət edirəm. Çünki sırf cool və eqolu görünəcək deyə track-lərin çoxunda bundan istifadə olunur. Anlayıram indi deyəcəksiz ki, rap dinləyib nəşə çəkməyə başlayan varsa problem özündədir. Aha razıyam problem özündədir ancaq bu kütlə də böyük kütlədir. Siz o raperləri Tanrı etdiyiniz üçün yolunu bilməyən minlərlə ərgən, kumir bildiyi adamın yolu ilə getməyi seçir. Və marixuana ilə başlayan həyatları bəzilərində daha betər narkotik vasitələrlə son tapır. Mən kimsə nəşə çəkir deyə pis baxmıram, özü bilər çəksin özünə ziyandı. Amma bunu təbliğ etmək artıq özünə ziyandan çıxır. Mən bu səbəbdən bu işlə məşğul olan 2 əmimə nifrət edirəm. Nə qədər varlı da olsalar o pullar da kirlidi bilirəm. İndi siz də görürəm ki, bəlkə cool görünəcəyini ya da üsyankar görünəcəyini düşünərəkdən belə paylaşımlar edirsiz. Amma unutmayın bir çoxunuzun da uşağı olacaq və uşaqlar atalarını da kumir seçə bilir. Belə mövzunu tənqid etdiyim üçün bəzilərinin gözsndə cool olmadım, qoy olmayım. Amma hər şeydən əvvəl insanlıqdır.

Categories
Genel

Psixoloqfobia

Ölkədə hələ də psixoloqa dəli həkimi kimi baxılır. Halbuki heç bir dəli psixoloq yanına gedə bilməz. Və dünyada hamının, psixoloqların belə psixoloqa getməsinə ehtiyyac vardır.
Məncə pis baxılma səbəbi psixoloqa az insanın getməsidir. Azlıq fərqlilik olduğu üçün bu da dəlilik görünür. Gedən insanlar belə bunu etiraf etmir deyə, ailədə də bu cinayyət sirri kimi gizlədilir deyə psixoloq olub dəli həkimi. Bu bir səbəb.
İkinci səbəb isə ölkədə lazımı səviyyədə psixoloqun olmamasıdır. Elə psixoloqlardır ki cəmiyyət sənə dəli kimi baxmasa da, sən o psixoloqla danışanda özünü dəli kimi hiss edirsən. Yadımda 16 yaşımda bir psixoloq yanında idim. Xanım mənə sanki bir uşağa nəyisə başa salırmış kimi müraciət edir, sözləri hecalaya hecalaya deməklər, hələ təsəvvür edin küp verdi ki həll elə. Qayıtdım ki, “Xanım mənim psixoloji problemim var, amma lom deyiləm”  Qısası xalqı düzəldəcək həkim normal deyilsə, mən xalqı qınaya bilmərəm. Ölkədə bir psixoloq gedir verlişdə “Ərini niyə atdın?” deyir, bir psixoloq şəhidləri təhqir edib xalqı da lağa qoyur, biri gedir pasientə ancaq özündən danışır və s. Ölkədə demirəm, dünyada hamının psixoloqa ehtiyyacı vardır. Bütün tanıdığınız milyarder iş adamları həftədə bir psixoloq yanındadırlar. Yəni heç kim mükəmməl deyil, hamının problemləri var. Ölkədəki əksər Psixoloqlar dəli ola bilər, amma psixoloqa gedənlər yox

Categories
Genel

Gangster problemi

Okay, Abş polisi bir qaradərilini öldürdü. Əgər bilərək sırf irqçilik məqsədilə edibsə bu onun günahıdır. Buna görə ABŞ-ın bütün qaradərililəri etiraz edir, bəli haqqlarıdır. Ancaq etiraz etmək hansısa supermarketdən oğurluq etmək deyil, etiraz etmək ağdərili insanları öldürmək deyil, etiraz etmək haqqını tələb etməkdir, haqqın olmayanları etmək deyildir
.
Dünən onların başçısı kimi bir qız danışır ki, bəs “Amerikalılar elə elədi, amerikalılar belə etdi filan, bu Amerikaya qarşı müharibədir” Hə bax bu sözü dedin ha. Bundan sonra sizə nə edilsə irqçilik filan ortaya soxa bilməzsiz. Çünki onsuz da uduzacaqsız və adamlarınız öləndən sonra insan haqqları filan deməyin. Çünki müharibədə ölən döyüşçünün sadəcə özü günahkardır.

Bir digər nüans həmin qız bütün zəncilərin adından deyir ki, “ABŞ sonradan gəldi bura bizim torpağımızdı” Abş tarixə baxsan Qızıldərililərin torpağıdı, onlar da heç 3 faiz qalıb ya qalmayıb, etirazçı zəncilərin 99 faizi Afrika mənşəlidir, ordakı ağlardan da sonradan gəlib. Yəni durub orda nəslinizi danmağa ehtiyyac yox idi.

Bu məsələni zəncilərə qarşı edilən irqçilik kimi göstərmək də gülüncdür. Baxıram İngiltərədə də zənci çoxdu, Fransada da çoxdu, Almaniyada da xeyli var. Ancaq ordakı kütlədən heç elə şikayət gəlmir. Çünki ordakı zənci kütləsi də normaldır. Məsələyə rəng olaraq baxmıram, sadəcə mentalitet olaraq baxıram. Azərbaycanda da biz məsələn işəgötürəndə baxırıq qaqa filandısa götürmürük, indi düşünün ABŞ-da hər 5 zəncidən 1-i mütləq türməyə düşür. Çünki onlar hələ də gangster ideologiyası ilə böyüyür. Məktəblərə narkotiki onlar gətirir, silahı onlar satır, oğurluğu onlar edir. Ancaq onlar və niyəsə pinqvin paltarlı avropa siyasətçiləri həmişə romantik davranıb, günahı yalnız ağ insanlarda gördülər. Bəs zəncilər özlərində günah görmürmü? Onlara rənginə görə yox, etdikləri ənəllərə görə pis baxıldıqlarını anlayanda və düzəldəndə inkişaf edə bilərlər

Categories
Genel

İtaliya, dərdim mənim

Həqiqətən bu cür mükəmməl bir ölkəni bu vəziyyətdə görmək çox ağırdır. Açıq deyəcəm bu Korona söhbətində məni narahat edən sadəcə iki ölkə var. Biri aydın məsələdir ki, Azərbaycan, digəri isə İtaliyadır.
İtaliyaya olan sevgim sadəcə 2007 də tv-də Manchester-Milan oyununu izləyərkən başladı. Və ondan sonra bu ölkənin tarixini, mədəniyyətini, musiqisini, sənətini araşdırdım. Yəni bir insanın əslində kultural böyüməsinə kömək etməsi üçün hər şey var bu ölkədə.
İtaliya emosiya deməkdir. Bu xalq, insanların robot olmadığının son numunələrindəndir. Çünki eşqi də, dostluğu da, sadəqəti də, yaxşlığı da, pisliyi də ən dərininə qədər yaşayan bir xalqdan söhbəy gedirəm.
Əslində bu mövzu haqqqında çox daha uzun yazmaq istəyirdim, amma İtalya elə bir mövzudur ki, bir çox uzun yazılarda fikrimi rahat ifadə etdiyim halda, bəlkə bu post-da emosiyamı sözə keçirib yaxşı ifadə edə bilmirəm, amma hər halda duyğularımı anladınız. Tək ümidim, tez zamanda vakasin tapılsın və bu xalq belə çətin vəziyyətdən sağ salamat çıxsın.

Categories
Genel

İdeologiya qurbanlığı

Mənim bir ideologiyan yoxdur məhz buna görə də bir çox insandan obyektivəm. Çünki ideologiyalar insanları həqiqətləri görməyə mane edir. Məsələn Komunist öz ideologiyasında səhvlərini görəndə belə, o səhvləri düz sayır. Çünki o artıq o ideologiya ilə yaşayır. Komunizm sadəcə misal idi. Türkçülük də, Yapçılıq da, müxalifətçilik də, islamçılıq da, feminizm də, Lgbt də, Qaqaşlıq da, vorovskoyluq da. Ümumiyyətlə bütün ideologiyalar insanları obyektiv olmağa icazə vermir. Hətta Liberalizm belə. Çünki liberalizmi ideologiya götürən insanlar da ölkədəki hər şeyə nifrətlə baxırlar. Halbuki az da olsa yaxşı şeulər də var bizi yaxşı mənada fərqləndirən. İdeologiyalar insanlara qəfəsə alır. Təbii ki, Bir ideologiyanı sevə bilərsiniz, onu həyat fəlsəfəniz də edə bilərsiniz, amma ideologiyanızını tənqid edib səhv yanlarını görüb, düzəldə bilmirsinizsə, artıq siz ideologiyanın qulu olmusunuz deməkdir.

Categories
Genel

Dilənçi Yazarlıq

Bu gənc yazarlar bir söz öyrənib: Xalq bizə dəyər vermir.
Bəs sən özünə düzgün dəyər verirsən mi? Kitab kimisə qabağa çəkmək üçün alınan şey deyildir. Bunu anlayın ilk olaraq. Kitab bir şeylər öyrənmək, beyini inkişaf etdirmək vəya zövq almaq üçün oxunar. Sizin isə bu sözünüz rəsmən dilənçilikdir. Mən bir oxucu olaraq George Orwell kimi bir dahinin kitabına 5 manat verib alıram amma sizin kitablarınız 10 manatdan başlayır. Bu nə məntiq? +Yazdığınızda da 90 faiz mentalitetdən danışır. Bu da xəyal gücünüzün olmadığını göstərir. Elə bilirsiz ki, bu mentalitetin sirrlərini bilən tək sizsiz, biz cahilik. Biraz kreativlik edin, baxışınızı ölkədən çıxardın, dünyalı kimi baxın ətrafa, dünyəvi yazın. Yoxsa bu ölkədə olan hər şeyi onsuz da biz bilirik, bizə duyğu lazımdır, psixologiya lazımdır, beyini dünyayönlü edəcək kitab lazımdır. Əgər bunları yaza bilmirsinizsə sizin kitablarınız havayı da olsa bahadır.

Categories
Genel

Bu dəfə Yunanlar haqqlıdır

Yunanıstanın Suriyalılara qarşı etdiyi hərəkəti tam olaraq dəstəkləyirəm.
Hökümətin öz sərhədini qorumaq tam təbii haqqıdır. Adamlar ora qanunlamı gəlib ki, qanun da tələb edilsin? Adı üstündə “Qaçaq” Bəzən demokratik qanunlar, gələcək fəsadların qarşısını almaq üçün çeynənilə bilər. İndi irqçilik deyə bilərsiniz amma ümumi olaraq Suriyalıların avropanı it gününə qoyacağı gerçəyi var, hər insan fərqlidir e okay, amma bir xalqın 90 faizi eyni mentalitetə sahibdirsə, təcavüzkardırsa, radikal islamçıdırsa, mədəniyyətsizdirsə əlbəttə dövlətlər öz xalqını nə bahasına olursa qorumağa borcludur. Təsəvvür edin sizin evinizə sizdən icazəsiz qaraçı girir, neyniyərsiz? “Eybi yoxdu qal” deməzsiz ki? Lazım olsa zor tədbiq edib evdən çıxardarsınız. Bax Yunanıstan da hal hazırda evini qoruyur. Bu onun tam haqqıdır.

Categories
Genel

Sektor psixologiyası

Bilirsiz? Bu intiharların filan hamısının başında dayanan təəsüf ki, sektor psixologiyasıdır. Təxmini 1 il pubda işlədim və orda bu psixologiyanı anladım. Gənclər hər gün pub-a gəlir və azadlıqdan danışır. Əlbəttə azadlıq gözəldir, mən də azadlıq istəyirəm. Amma azadlıq inanın mənə bütün günü pub-da içmək, ya da hər gün kiminləsə sevişmək deyildir. Bunu iki cinsə də aid edirəm. Bu insanların psixologiyası necə yaranır bəs? Biraz kitab filan və sonra düşünməyə başlayırlar ki, “Mənim bu cəmiyyətdə yerim nədir” Və cəmiyyətə aqressiya ilə yanaşırlar. Səhv olan belə olsa cəmiyyətə zidd getmək üçün o yolu gedirlər və nəticədə özlərini bu sektorda tapırlar. Hər gün içmək, çəkmək və həyat budur sanırlar. Avropalı olduqlarını düşünürlər, amma halbuki avropada insanlar hər gün içmirlər, ya da hər gün sevişmirlər. Onlar üçün Pub, həftəsonu işdən çıxandan sonra yorğunluğu atmaq üçün gedilən yer, sevişmək sevdiyi insanla sevişməkdir, hamı ilə yox. Çünki onlar aqressiya ilə hərəkət etmirlər.
8 martda feminizm hərəkatı oldu bildiyiniz kimi. Və bu hərəkata qatılan insanlarla danışanda, deyəndəki bəs valideynlərin fikrini dəyişmək belə mümkünsüzdür, daha geri aparacaqsınız. Mənə dedilər ki, biz valideynlərin deyil, qız uşaqlarının fikrini dəyişmək istəyirik. “Qız uşaqları öz azadlığını bilsin və bunun uğrunda mübarozə aparsın, lazım olsa evdən qaçsın” Bu evdən qaçma məsələsi nə qədər azadlıq kimi görünsə də inanın depressiyanın ən əsas səbəbidir. Evdən qaçıb, öz işini qurub normal yaşaya bilsən okay. Amma o insanların təəsüf ki, 90 faizi evdən qaçıb, pub sektorunda batırlar. Və bu həqiqətən yaşayış deyil. Həyatda tək məqsədi, sabahın da bugünki kimi olması olan kütlədən söhbət gedir. Mən də bəlkə o sektorda bata bilərdim, amma yaxşıki o zamanlar ordan olmayan köhnə sevgilim məni o bataqlıqdan çıxartdı. Sözümün canı nə qədər gec deyil, bataqlıqdan çıxın. Evə qapanmayın, gedin öz həyatınızı qurun. Amma Pub tualetlərində yox, əyləncə kıublarında yox

Categories
Genel

Geriyə 8 Marş

Bugün feminizm tərəfindən 8 marş aksiyası keçiriləcək. Əlbəttə hər bir aksiyaya hörmətim var, bu demokratiyanın və demokratik düşüncənin tələbidir. Ancaq demokratik düşüncənin bir digər tələbi isə, tənqid etmək və tənqid götürmək bacarığıdır. Mən indi tənqidi fikrimi yazacam və inanın bu fikirlərin heç biri nifrətlə yazılmayıb.

1. Mübarizə üsulu
İstəyimiz qadın kişi bərabərliyidir, təbii bununla razıyam. Qadınlar da hamımızla eyni dərəcə insandır sözsüz və qadınlar da hamı ilə bərabərdir. Amma əsas məsələ bunu cəmiyyətə necə yeritməkdir. Yəni əsas doğrular deyil, mübarizədə alacağın nəticədir. Təəsüflə deyirəm ki, bugün bu aksiyanı yaradan şəxslər fikrimcə ya yazacaqlarımı düşünəcək qədər empatiya qura bilmirlər, ya da məqsədləri sadəcə cool görünməkdir.

2. Radikal yanaşma.
Əgər siz bir şeyi xalqa yeritmək istəyirsinizsə bunu heç vaxt pilləkənləri 5-5 çıxaraq edə bilməzsiniz. Onda sadəcə yerə çaxılarsınız. Bugün ki, aksiyada məsələn sadəcə qadınlara qarşı edilən zorakılıq hallarından, ölümlərdən,zorla evliliklərdən, pedofillikdən danışılsa inanın xalqın əksər hissəsi yanınızda olardı. Amma bugün siz bu aksiyanı yenə azad seksə gətirdiniz. Və bu da dəyişmək istədiyiniz cəmiyyətin sizə baxış bucağını “fahişə olaraq” saxladı. İndi siz orda nədən danışsanız, heç bir xeyri olmayacaq. Önəmli olan bilənə, bildiyi şeyi demək deyildir; Bilməyənə, bilmədiyi şeyi öyrətməkdir. Bunun da yolları var. Məsələn Türkiyə siyasətindən nümunə çəkəcəm: CHP bilinduyi kimi o qədər islamçı deyil, amma bu seçkilərdə islamçı kütləni əla almaq üçün, islamçılıq etdi, o kütləni öz tərəfinə çəkdi və indi də yavaş yavaş kütləni dəyişəcək. Bax ideologiya belə yeridilir. Əgər 2 qadına qarşı haqqsızlığı deyirsinizə, 1 də kişiyə qarşı haqqsızlıq, ya da qadının səhvini desəniz vəyaxud kişimi tərifləsəniz insanlar sizə isinə bilər. Amma siz tamam əksini edirsiniz, kişiyə bir xususi nifrətlə yanaşırsınız.

  3. Vəfa Nağı posteri
Vəfa Nağı iki başlı bir plakat hazırlayıb “azad məmə və seçkilər” Sonra da qayıdır ki, “Xalq məni anlayacaq qədər ağıllı deyil” Əgər sən xalqa fikrini anlada bilməmisənsə, uduzan sənsən xalq deyil. Təsəvvür edin bir müəllim gəlib, 2+2=4 misalını bizə elə qəliz danışır, sonra uşaq imtahandan o sualı bilməyəndə müəllim qayıdır ki, “Bu uşaqlar məni anlayacaq qədər, ağıllı deyil” -Yəni sözümün canı. Fikrini yürütmək istədiyin xalq, səni anlamırsa, deməli sən uduzmusan ki, fikrini düzgün ifadə edə bilməmisən.

4.Azad seks plakatları: Mövzumuzun “Qadına şiddətə son” olması lazım olan anlarda, insanlar azad seksdən danışır. Siz “Azad seks” plakatları ilə hansı cəmiyyətim ağlını dəyişəcəksiniz. Pilləkənləri 1-1 çıxmaq lazım idi, belə yox. Bilirsiniz? Cəlilabadda qız uşaqları 6 cı sinifdən çıxardılır. Və ordakı cahil valideynlər düşünür ki, qız univerisitet oxusa pozular. Siz o beyini dəyişmək əvəzinə, deyirsiniz ki, azad seks olsun. Elə düşünməyən valideyn belə qorxmağa başlayır, düşünün necə uşağı bu hərəkətlə təhsilsiz qoyursunuz.

5. Cəmiyyətin sevmədiyi adamlarla cəmiyyəti dəyişmək istəyi
Elə birincisi Nərmin Şahmarzadə. Bu şəxsə Azərbaycanın 90 faizinin nifrət etməsinə rəğmən, bu şəxslə aksiya edib cəmiyyəti dəyişə biləcəyinizi düşünürsünüz. İndi yenə qayıdarsınız ki, “Onu xalq anlamadı nə demək istəyir” mən də deyərəm “Əsas elə xalqa anıada bilməkdir” tanıdığımız iki xalqın nifrətini qazanmış şəxs: Mübariz İbrahimova “Cinayətkar” deyən Nərmin Şahmarzadə və Rəşad Atakişiyev haqqın da “Ölüb ölüb də” deyən Nariman Abdullah. O qədər vətənpərvər və qadın bərabərliyi tərəfdarı olan xanım kütləsini bax məhz bu səbəbdən itirdiniz. Əgər siz bu məsələlərdə feminizm olaraq çıxıb o insanı tənqid etsəniz, tənqid etmək bir yana, tərəfində dayanmasanız, bugün bu qədər zəif olmazdınız.

6. Ümumi nəticə
Bugün feminizm ideologiyasını tənqid etmədim hələ, sadəcə aksiyanı etdim. Mənim məqsədim bizə deyilənlə, edilən arasındakı ziddiyəti çatdırmaq idi.  Əgər bu aksiya sadəcə əksərən sektor kruqunun “Biz azadıq” deyib, və eyni kruqun “Biz azadıq” cavab verdiyi aksiyadırsa, nəticə eyni olaraq qalacaq: Yəni 0.

Categories
Genel

Mars niyə bu qədər vacibdir?

Mars haqqında çox saylı araşdırmalar aparmışam, və mars haqqında danışan bütün elm adamlarının ümumi fikri budur ki, “Marsda həyatı tapmağın ən əsas səbəbi, over population-dır (Həddindən artıq insan çoxluğu)” Bu acı həqiqətdir ki, yaxın zaman ərzində olmasa da, haçansa dünyada həddindən artıq çox insan olacaq və bu da dünyanın öz özünə çökməsi deməkdir. Çox insan az yemək-heç yemək, az oksigen-heç oksigen, az sahə-heç sahə. Və bu belə uzayıb gedər.
Bilməyənlər üçün qeyd edim ki, paylaşdığım şəkil, nasa-ya görə Marsın 5 milyard il əvvəlki halıdır. Bəli 5 milyard il əvvəl çox güman Mars bizim dünyamlz idi və çox güclü iddiaya görə də Dünyanln yaranma səbəbi elə marsın dağılmasıdır (Bu çox uzun mövzudu indi danışmayım) Yəni əgər iddialar da doğrudursa, insanoğlu öz evinə dönür. Amma bu Elon Musk kimi gopçuların astronomiya haqqında bilməyən adamları “5 ilə marsa insan aparacayıq” yalanı deməsi qədər yaxın deyil. Astronomiya haqqında məlumatı olanlar da bilər ki, bunun üçün lazım olan vaxt kəsiyi ən az 50 ildir. Yəni belə vəziyyətdə xəyallar deyil, reallıq həqiqətdir.